Ermənilər Moskvada Azərbaycana qarşı təxribat törətməyə cəhd ediblər. Unikal.org APA-ya istinadən xəbər verir ki, Rusiyadakı erməni diasporunun çoxsaylı nümayəndələri bu gün paytaxtda keçirilən "Ölümsüz Polk" yürüşü zamanı separatçı rejim olan qondarma "DQR"-in bayrağını qaldırmağa cəhd ediblər.
Moskva hökumətinin dəvəti ilə faşizm üzərində qələbənin 71-ci ildönümünə həsr olunan "Ölümsüz Polk" yürüşünə dəvət olunan Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) erməni diasporunun bu təxribatının qarşısını alıb. AMOR üzvləri erməni diasporuna etiraz edərək onların yürüşdə qondarma "DQR" bayrağını qaldırmağa imkan verməyiblər.
AMOR üzvləri ilə erməni diasporu arasında yaşanan qarşıdurmaya Moskva polisi müdaxilə etməli olub. Polis erməni diasporuna separatçı rejimin simvolunu yürüş məkanından yığışdırmaq barədə xəbərdarlıq edib.
Beləliklə, erməni tərəfinin müqavimətinə baxmayaraq azərbaycanlı gənclər növbəti dəfə vətənpərvərlik və birlik göstərərək təxribatın qarşısını alıblar.