"Nar öz istifadəçiləri üçün daha bir maraqlı kampaniya keçirir. Belə ki, 14 aprel 2018-ci il tarixinədək "Full istifadəçiləri mobil operatordan dəyərli hədiyyələr qazanmaq şansı əldə edirlər. Bunun üçün sadəcə "Gənclik Mall alış-veriş mərkəzinin 1-ci mərtəbəsində yerləşən "Full stendinə gəlmək kifayətdir.

Unikal.org xəbər verir ki, "Narın tamamilə yeni "Full paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan "Nar istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz "Full paketi ilə təmin edib.

Stendə yaxınlaşan abunəçiyə kampaniya haqqında məlumat verilərək kupon təqdim edilir. Bu kuponun sahibi kampaniyada iştirak etmək hüququ əldə etmiş olur. Kampaniyada 1 ədəd "Samsung Galaxy S8 smartfonu, 1 ədəd "Ipad Pro planşeti və 1 ədəd "Samsung Gear S3 saatı oynanılır. Şəffaf qutudakı kuponların sahibləri arasından 3 nəfər iştirakçı təsadüfi seçimlə qalib elan ediləcək.

Uduş 14 aprel 2018-ci il tarixdə saat 18:00-da "Gənclik Mall AVM-nin 1-ci mərtəbəsində keçiriləcək. Kampaniyanın iştirakçısı bu kuponu özündə saxlamalı və həmin vaxt uduş keçirilən yerdə olmalıdır. Uduş kuponu şəffaf qutudan çıxan iştirakçı həmin vaxt uduş keçirildiyi yerdə olmazsa, həmin uduş yenidən oynanılacaqdır. Hədiyyə qalib gələn iştirakçıya uduş kuponunu və şəxsiyyət vəsiqəsini təqdim etdiyi halda veriləcək.