Prezident İlham Əliyev İlqar Fazil oğlu İskəndərovun Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın baş konsulu vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, dövlət başçısının digər sərəncamına əsasən Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.