Moskva və Ankara "S-400 raket-zenit komplekslərin tədarük qiymətinə dair razılığa gəliblər . 

Unikal.org-un xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Ankarada türkiyəli həmkarı Rəcəb Tayipp Ərdoğanla görüşündən sonra bildirib.

V.Putin bildirib ki, tərəflər hərbi-texniki sahədə Rusiya-Türkiyə əməkdaşlığının vəziyyətini, xüsusən, "S-400 raket-zenit komplekslərinin Türkiyəyə tədarükü layihəsinin reallaşdırılmasını müzakirə ediblər.

"Biz icraatı sürətləndirdik və qiymətlərlə bağlı razılığa gəldik, bu çox vacibdir, - deyə Putin qeyd edib.

O qeyd edib ki, "S-400-lərin tədarükünü sürətləndirmək qərarı türkiyəli həmkarlarımızın xahişi əsasında verilib.