Bu ilin mart ayında avrozonada inflyasiyanın səviyyəsi proqnozlara uyğun olaraq 1,4% təşkil edib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu, fevral ayı ilə müqayisədə 0,3 faiz bəndi çoxdur.
Regionda mart ayı üzrə işsizlik göstəricisi isə hələ ki, açıqlanmayıb. Xatırladaq ki, sözügedən göstərici bu ilin fevral ayında son 9 il üzrə ən aşağı həddə - 8,5% olub. Bu, yanvar ayına nisbətən 0,1 faiz bəndi azdır.