Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Bayıl sürüşmə zonasında quraşdırdığı aparatlardan biri oğurlanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, bununla bağlı mərkəz polisə şikayət edib.
Bu səbəbdən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının apardığı buruq-qazma işləri yarımçıq dayandırılıb.