Unikal.org xəbər verir ki, "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamının 4.4-cü bəndinə əsasən Nazirlər Kabineti Vergilər Nazirliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarını təsdiqləyib.
Yeni qərara əsasən nazirliyinaparatın rəhbərinin aylıq maaşı 1111 manat, aparatın rəhbərinin müavinin maaşı 1034 manat, departamentin baş direktoru, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun maaşı 979 manat, departamentin baş direktorunun, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun birinci müavininin maaşı 847 manat, departamentin baş direktorunun, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun müavini, yardımçı idarənin və şöbənin (mərkəzin) direktorunun maaşı 836 manat, departamentin, təminedici idarənin tərkibində olan idarənin direktoru, şöbənin rəhbərinin maaşı 825 manat, nazirin müşaviri, nazirin köməkçisinin maaşı 803 manat, departamentin, təminedici idarənin tərkibində olan idarənin direktorunun və şöbənin rəhbərinin müavini, yardımçı idarə və şöbənin (mərkəzin) direktorunun müavini 781 manat, baş mühasib, bölmə direktoru (rəhbəri), yardımçı idarənin tərkibində olan şöbənin rəhbəri, departamentin tərkibində olan idarənin tərkibindəki şöbənin rəhbərinin maaşı 682 manat,baş dövlət vergi müfəttişi, baş mütəxəssis, baş təhqiqatçı, baş əməliyyat müvəkkili, baş iqtisadçı, baş hüquqşünas, mətbuat katibinin maaşı 594 manat, böyük dövlət vergi müfəttişi, böyük mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük hüquqşünas, böyük mühasib, böyük iqtisadçısının maaşı 583 manat, aparıcı mütəxəssis, aparıcı iqtisadçısının maaşı 572 manat, dövlət vergi müfəttişi, mütəxəssis, mexanik, təhqiqatçı, əməliyyat müvəkkili, iqtisadçı, hüquqşünas, mühasibin maaşı 561 manat təşkil edəcək.
Vergilər Nazirliyi yanında olan vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına gəlincə,orqanın baş direktorunun maaşı 605 manat, orqanın baş direktorunun birinci müavininin maaşı 484 manat, orqanın baş direktorunun müavininin maaşı 462 manat, idarənin direktoru (rəisi), şöbənin rəhbərinin maaşı (rəisi) 385 manat, idarə direktorunun (rəisinin), şöbə rəhbərinin (rəisinin) müavininin maaşı 363 manat, bölmə rəhbəri (rəisi), baş mühasib, idarənin tərkibində olan şöbənin rəhbərinin (rəisi) maaşı 358 manat,baş dövlət vergi müfəttişi, baş iqtisadçı, baş mütəxəssis, baş təhqiqatçı, baş hüquqşünas, baş əməliyyat müvəkkili, baş müvəkkil, baş kriminalist, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, idarənin tərkibində olan şöbə rəhbərinin (rəisinin) müavininin maaşı 352 manat, böyük dövlət vergi müfəttişi, böyük iqtisadçı, böyük müstəntiq, böyük hüquqşünas, aparıcı mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük müvəkkil, böyük kriminalist, xüsusilə mühüm işlər üzrə müstəntiqin maaşı 347 manat, dövlət vergi müfəttişi, iqtisadçı, təhqiqatçı, hüquqşünas, müstəntiq, əməliyyat müvəkkili, müvəkkil, mütəxəssis, müstəntiq-metodist, kriminalistin maaşı 341 manat təsdiqlənib.