Türkiyənin Diyarbəkir vilayətində terror aktı baş verib.
Unikal.orgTürkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Diyarbəkir valiliyinin yaydığı açıqlamada qeyd olunub.
Məlumata görə, hadisədə 12-si polis, 33 nəfəri mülki vətəndaş olmaqla, 45 nəfər yaralanıb. Həkimlərin müdaxiləsinə baxmayaraq 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.