Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ermənilərin Tərtər rayonunun cəbhəyanı Əskipara kəndinə atdığı, beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş kimyəvi tərkibli (ağ fosforlu) partlamamış hərbi sursatı zərərsizləşdirməyə hazırlaşır.
Unikal.org bildirir ki, qurum əməkdaşlarının ANS PRESS-ə verdikləri məlumata görə, mərminin partlaması nəticəsində kiçik qəlbə belə insan bədənində müxtəlif yaraların əmələ gəlməsinə səbəb ola bilər. Bu,
Xoşbəxtlikdən 122 mm-lik ağ fosforlu top mərmisi yaşayış sahəsinə yox, pambıq sahəsinə düşüb. "Hazırda həmin yer lentlə təcrid edilib. Mərminin hava, günəşlə təmasda belə partlamaq təhlükəsi var. Buna görə də palçıqla örtülüb. Götürülməsi təhlükəli olduğundan yerindəcə zərərsizləşdiriləcək".
Qeyd edək ki, bu erməni silahlı bölmələri beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan istifadəsinə dair ilk fakt deyil. Aprelin 27-də Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub.
Erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub.
"Bildiririk ki, cəbhə xəttində təxribatlar törətməklə düşmən Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır".