Azərbaycan millisinin və "İnter"in qapıçısı Kamran Ağayev xuliqanlıq edib.
Unikal.org sport7.az-a istinadən xəbər verir ki, təcrübəli əlcək sahibi Nərimanov rayonu ərazisində yerləşən özünə aid restoranda bir qadını döyüb. "KN Lounge" adlı restoranına gələn bir qadın orada müştəri ilə mübahisə edib. Sonradan Ağayevin həmin qadını döyərək restorandan qovduğu bildirilir.
Bu barədə sportnet.az-a açıqlama verən Kamran Ağayevin əmisi oğlu hadisəni belə şərh edib: "İçib özünü apara bilməyən müştərilərdən biri dava salıb. Kamran da işçilərinə deyib ki, tutun qulağından atın çölə. Mən bu qədər deyə bilərəm. İndi telefonu məndədir, özü isə oyuna hazırlaşır. Ətraflı məlumatı oyundan sonra özündən öyrənin".
Onu da qeyd edək ki, adıçəkilən "KN Lounge" restoranı Kamran Ağayevə məxsusdur.

Kamran Ağayev restoranda dava salıb - Qadınla əlbəyaxa