Bu gün İsmayıllıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı Rayon şöbəsi tərəfindən çağrılmış gənclərin yolasalma mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon şöbəsinin rəisi polkovnik-leytenant Xamis Bədəlov açaraq, hərbi xidmətə yola düşən gəncləri və onların valideyinlərini təbrik edib. Respublikamızın ərazi bütövlüyünün bərpasının, ölkəmizin təhlükəsizliyinin təmin olunmasının, Vətənin müdafiəsinin 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının borcu olduğunu qeyd edib.
Tədbirdə Rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, QMƏVŞA İctimai Birliyi rayon flialının sədri Vidadi Zərbiyev, oğlunu hərbi xidmətə yola salan Qarabağ qazisi Fərman Səmədov, çağırışçı Elvin Babayev çıxış ediblər. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi Əlirza Hüseynovun ifasında "Ana mən əsgər gedirəm şeiri təqdim olunub.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı uğurlu siyasət barədə danışıb. Müstəqil Azərbaycan Respublikasının güclü orduya malik olduğunu, işğal edilmiş Vətən torpaqlarının mütləq azad ediləcəyini diqqətə çatdırıb. Hərbi xidmətə yola salınan gənclərə xeyir-dua verib.
Tədbir konsert proqramı ilə davam edib, gənclərin yola salınması ilə yekunlaşıb.