Özbəkistanın Nukus rayonunda müəllimlərə əmək haqqı əvəzinə cücə verilməsinə başlanılıb.
  
 
Müəllimlər əmək haqqı əvəzinə cücə götürmələrinə məcbur edildiklərini bildiriblər. 

Məlumatda qeyd edilir ki, cücələr dəyərindən iki dəfə baha qiymətə realizə edilir. Belə ki, əmək haqqı əvəzinə verilən cücələrə bazarda satılandan iki dəfə baha dəyər qoyulur.

Yerli hakimiyyət də müəllimlərə əmək haqqı əvəzinə cücə verildiyini təsdiqləyib.(Modern.az)