"Açıq və dəqiq şəkildə bildiririk ki, heç kim öz-özünə istər sosial şəbəkədə, istər sosial həyatda, istərsə də siyasi aləmdə qrup yaradaraq AK partiyasının razılığını almadan onun adından danışa bilməz".
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Ömər Çəlik söyləyib.
Onun sözlərinə görə, Əhməd Davudoğlu 20 aylıq baş nazirliyi dövründə olduqca çətin qərarlara cəsurcasına imza atıb: "Baş nazir müxtəlif kritik vəziyyətlərdə tərəddüd etmədən qərarlar verib, ölkənin inkişafına xidmət göstərib, AKP-nin sədri kimi onun daha da irəli getməsi üçün əlindən gələn səyləri göstərib. Buna görə də heç kimin AK partiyasının sədrini və baş nazirimizi bu baxımdan mənfi rəylərlə bezdirməyə və ya tənqid etməyə haqqı yoxdur", - deyə Çelik vurğulayıb.
Xatırladaq ki, Ə. Davudoğlu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsindən istefa verib. AK partiyasının mayın 5-də keçirdiyi fövqəladə qurultayda Davudoğlu baş nazir vəzifəsindən də istefaya gedəcəyini açıqlayıb.