Bakının bu ərazisində suyun verilməsində məhdudiyyət olacaq.

"Azərsu ASC-dən unikal.org-a verilən məlumata görə, Yasamal rayonu ərazisində yerləşən +152 "Alatava su anbarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar 17 aprel 2018-ci il tarixində gün ərzində 2-ci Alatava yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu ASC abonentlərdən üzr istəyir.