Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Füzuli, Ağcabədi və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.
ANAMA-dan unikal.org-a verilən məlumata görə, 11 may tarixində 4 ev və həyətyanı sahədə, 7 otlaq sahəsi daxil olmaqla 18 partlayış yerinə baxış keçirilib, 1 ədəd (1 ədəd 122 mm-lik top mərmisi (ağ fosfor tərkibli) partlamamış hərbi sursat zərərsizləşdirilib. Gün ərzində 40 978 kv. m ərazi təmizlənib.
Tərtər rayonu
Qarağacı kəndi – 3 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib, 27 000 kv. m ərazi yoxlanılıb.
Qaynaq kəndi - 3 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, 1 500 kv. m ərazi yoxlanılıb.
Cəmi:Gün ərzində 3 ev və həyətyanı sahədə, 3 otlaq sahəsində 12 partlayış yerinə baxış keçirilib, 28 500 kv. m ərazi yoxlanılıb.
Ağcabədi rayonu
Qaraxanlı kəndi – 1 ev və həyətyanı sahədə, 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 6 000 kv. ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.
Hacılar kəndi – 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 6 000 kv. ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.
Cəmi:1 ev və həyətyanı sahə, 2 əkin sahəsində 4 partlayış yeri aşkar edilib və 12 000 kv. m ərazi təmizlənib.
Füzuli rayonu
Şükürbəyli kəndi – 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 478 kv.m ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.
Cəmi:2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilib və 478 kv. m ərazi təmizlənib.
10 may 2016-cı il tarixində Tərtər rayonunun Əskipara kəndi ərazisində yerləşən əkin sahəsində aşkar edilib 1 ədəd ağ fosfor tərkibli 122 mm-lik top mərmisinin (P-4) zərərsizləşdirmə əməliyyatı 11 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, xarici səfirliklərin nümayəndələri və hərbi attaşelərinin iştirakı ilə həyata keçirilib.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 11 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 461 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 419 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.