Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib.
Unikal.org xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Report"a faktı təsdiqləyərək bildirib ki, o, səhhəti ilə əlaqədar, öz xahişi ilə işdən çıxıb.
Hazırda onu S.Əhmədova əvəz edir.
Qeyd edək ki, L.Bayramova 2015-ci ildən həmin vəzifədə çalışırdı.