2017-ci il ərzində Azərbaycanda məkan göstəricilərinin təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanlarına respublika tabeli şəhər və rayon mərkəzləri üzrə 3 minə yaxın küçə və prospekt adı göndərilib.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, onlardan 2500-dən çoxunun məkan göstəriciləri təsdiqlənib.
Bununla yanaşı, ötən müddətdə 2056 adsız nəqliyyat infrastrukturunun adlandırılması üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilib. Onların 2046-a ad verilib.
Ünvanvermə məqsədləri ilə ortofoto xəritələri olmayan və ya mövcud olan xəritələrin real vəziyyəti tam əks etdirmədiyi bir sıra ərazilərin 360-a yaxınının ortofoto xəritəsi hazırlanıb.