Müğənni Sibel Can 6 ay əvvəl Monakoda tanış olduğu İngilis iş adamıyla evlənməyə qərar verib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq toy hazırlıqlarına başlanılıb. Toy tarixi isə Ramazan ayından sonra planlaşdırılır. Artıq məşhur müğnni gəlinlik sifarişi də verib. O, toyunda ağ və sadə gəlinlik libasını geyinəcək.
Toy Sibel Canının Fransadakı evində olacağı deyilir və buraya 40 adamın dəvət ediləcəyi deyilir.
Qeyd edək ki, Sibel Can, 1988-ci ildə evləndiyi Hakan Uraldan 1999-ci ildə boşanıb. Bu evliliyindən bir oğlu və bir qızı var. 2000-ci ildə da varlı Sülhü Aksüt ilə evlənmişdi. Sibel Canın 10 il davam edən bu evlilikdən də bir oğlu var.