Çin Silahlı Qüvvələrinə məxsus döyüş təyyarəsi qəzaya uğrayıb.
 
Hadisə Çjeçyan əyalətinin Taycou bölgəsində baş verib.
 
Təlim məqsədi ilə keçirilən uçuş zamanı təyyarə tikiş maşını istehsal edən zavodun üstünə düşüb. Qəza baş verməzdən öncə pilot reaktivi tərk edib. Yaranan yanğın zamanı ölən və yaralanan olmayıb.
 
Araşdırma aparılır. (Axar.az)