Strasburq–Fransanın şimal-şərqində yerləşən şəhərdir. Alzas əyalətinin və Aşağı Reyn departamentinin mərkəzidir. Avropa Şurasının mərkəzi orqanları və Avropa Parlamenti Strasburqda yerləşir. Əhalinin sayına görə Fransanın yeddinci ən böyük şəhəridir. Strasburq balaca şəhərdir, buranın, cəmi 485 min nəfər əhalisi var, çox sakit, səliqəli şəhərdir...
 
Avtomobili velosibedlə əvəzləyən şəhər sakinləri...
 
Bu şəhərdə insanlar iş və istirahət vaxtlarını bir-birindən ayıra biliblər. Həftənin beş gününü yetərincə işləyirlər. Axşam saat 17:00-dan sonra şəhərdə istirahət edən fransızlara da rast gəlmək olur. Adamlar özlərini sərbəstliyin, istirahətin, azadlığın, sadəliyin ağuşuna atırlar. Fransızlar sadəcə sağlam həyat keçirirlər – bu qədər! Əsasən işə velosipedlə gedib-gəlirlər – həm tıxac problemini, həm də səhər idmanını bu cür həll edirlər. Strasburqda məskunlaşan əhalinin hər birinin evində velosiped var. Burada park və meydanlarda da velosipedlərə rast gəlmək olur. Şəhərdə avtomobildən daha çox velosiped görmək mümkündür. Burada Nəqliyyatın maksimal sürəti şəhərdə 40 km/saatdır və hamı bu rejimə əməl edir. Bakıdan fərqli olaraq burada lüks maşınlar gözə dəymir, gənclər isə ümumiyyətlə velosipedə üstünlük verirlər. Piyadalar yol hərəkəti qaydalarına ciddi şəkildə əməl edirlər. Yol hərəkəti qaydalarını pozanlar əsasən əcnəbilərdir. Piyadalar, sürücü və velosipedçilərin arasında qibtə olunacaq qarşılıqlı hörmət və həmrəylik var. Velosiped kirayə götürmək çox asandır. Nəqliyyat tıxacı çox nadir hadisədir, keçid üstünlüyü tramvayındır. Pik saatlarını çıxmaq şərtilə tramvaya velosiped və əlil arabaları ilə minməyə icazə verilir. Nəqliyyatda biletsiz gedən sərnişin 30 avro cərimə ödəməlidir. 

Tramvaylar...

Bakıdan fərqli olaraq Strasburqda tramvaylar işləyir. Tramvaylara bilet avtomat aparatlarda satılır. Aldığın bilet bir saat müddətində etibarlıdır. Həmin bir saat ərzində bir biletlə istədiyin qədər tramvaya minib-düşə bilərsən. Ancaq səni kimsə yoxlamır, tramvaya biletlə, ya biletsiz minməyin kimsənin umurunda deyil, təbii ki yalnız öz vicdanından başqa. Daha doğrusu, biletsiz tramvaya minməyi fransızlar sadəcə təsəvvür eləmirlər. 

Azərbaycan frasnsız dilində danışan qaraçılar Strasburqda...
 
2012–2014–cü illərə olan qeyri–rəsmi məlumata əsasən Azərbaycanda yaşayan qaraçıların ümumi sayı 10 min nəfərə yaxındır. Onlar iki qrupa bölünürlər: fars dilində danışanlar və kurmanc dilində danışanlar. Azərbaycanda olduğu kimi Fransada da qaraçılara rast gəlmək olur. Strasburqda insanların ən çox gediş-gəlişi olan yerlərdə qaraçılara rast gəlmək mümkündür. Deyilənlərə görə, qaraçıların tarixi hələ də problem olaraq qalır. Ancaq bu məlumdur ki, onların ilk kiçik dəstələri XV əsrin əvvəllərində Avropanın şərq hissələrində görünmüşdür, lakin onların Avropaya haradan və nə üçün gəldikləri məlum deyil. Digər bir məlumata görə qaraçılar İstanbulun fəthi zamanı Avropaya daxil olublar. Başqa bir mülahizə isə qaraçıların eyni zamanda iki yoldan Avropaya daxil olduqları yönündədir. Bu mülahizəyə görə bir qrup Bosfor boğazından digər qrup isə Cəbəllütariq boğazından Avropaya keçmişdir. Avropada yaşayan qaraçıların sayına görə, Fransa öncül yer tutur. 

Qeyd edək ki, bu həftə Azərbaycandan böyük bir jurnalist heyəti Fransada çox əhəmiyyətli bir toplantıda iştirak edir. Unikal.org-un əməkdaşı da həmin heyətdədir. 
 
Amid Bakı-Strasburq-Bakı...