Sabirabadda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən məlumatına görə, ötən gecə Sabirabad sakini, 1992-ci il təvəllüdlü Məmmədli Orxan Rasim oğlu hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.
O. Məmmədli döş qəfəsini dəlib-keçən, ürək və ağ ciyərin zədələnməsi diaqnozu ilə Şirvan mərkəzi şəhər xəstəxanasında əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.