Cəlilabadda kənd sakinlərinə məxsus atlar örüş sahəsindən oğurlanıb.
Unikal.org report.az-a istinadən bildirir ki, hadisə rayonun Maşlıq kəndində baş verib.
Kənd sakini Rəcəb Məhərrəmov axşam saatlarında təsərrüfatında olan atı otlaması üçün örüş sahəsinə göndərib. Səhər isə məlum olub ki, naməlum şəxs və ya şəxslər atı oğurlayıblar.
Eyni hadisə kənd sakini Əziz Nəcəfovun da başına gəlib. Onun da atı həmin gün eyni üsulla oğurlanıb.
Artıq hər iki faktla bağlı polisə məlumat verilib. Hadisəni törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.