Daxili işlər naziri idarənin 8 əməkdaşını sərt şəkildə cəzalandırıb – Siyahıda məşhur adlar var
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakının Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisini və daha 7 əməkdaşı sərt şəkildə cəzalandırıb.
Unikal.org xəbər verir ki, Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliynin Daxili Təhqiqət İdarəsinin əməkdaşları daxil olmuş çoxsaylı müraciətlər və şikayətlər əsasında Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsində araşdırmalar aparıblar. Araşdırmalar nəticəsində Qaradağ rayon DYPŞ-də ciddi qanun pozuntularına yol verildiyi, vətəndaşları qarşı əsassız tələblər irəli sürüldüyü və digər hüquqazidd əməllərin üstü açılıb. Bundan sonra daxili işlər naziri Ramil Usubovun əmri ilə Qaradağ rayon DYPŞ-nin rəisi Sabir Hümbətov və onun bir müavini, həmçinin inzibati təcrübə üzrə baş inspektor tutduğu vəzifədən kənarlaşdırılmaqla yanaşı, daxili işlər orqanlarından xaric edilib. Bundan əlavə, həmin şöbənin daha 5 əməkdaşı da "töhmət", "şiddətli töşmət" cəzaları verilməklə işdən çıxarılıblar.