Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin özəl strukturu "Stratfor" Beynəlxalq Analitik Şirkətinin prezidenti Corc Fridman bu yaxınlarda Bakıya gəlib.

Corc Fridman səfəri barədə "Stratfor"un saytında geniş yazı ilə çıxış edib.

9 may Qələbə  Günündə Bakıda olduğunu yazan ekspert Azərbaycanın regiondakı rolundan da söz açıb.

Analitik hesab edir ki, Bakı bu gün də nefti olduğu üçün strateji əhəmiyyətə malikdir.

"Ayrı-ayrı Avropa dövlətləri Rusiya tərəfindən risklərin olduğunu söyləyirlər. Bunun Avropa üçün ayrıca coğrafi anlamı yoxdur. Hər bir ölkə fərqlidir və onların hər biri öz maraqlarını hesablayırlar.

Mənim marağım onların mövqelərini başa düşməkdir. Nəinki Rusiyanın, həmçinin, nəticə etibarı ilə  Rusiya və ABŞ-ın maraqlarını anlamaq istəyirəm. Hər biri unikaldır. Ümumi bəyanatlarla onlar haqqında fikir yürütmək mümkün deyil",-deyə o əlavə edib.

Corc Fridman yazıb ki, Rusiya Azərbaycan, Gürcüstan və Ermənistanda mühüm təsisatlara malikdir. Onun fikrincə, Azərbaycan Rusiya və İran arasında uzanan bir körpü rolunu oynayır. O, bölgədə Rusiya təhlükəsinə toxunaraq risklərin böyük olduğuna diqqət çəkib:

"Rusiya  Azərbaycan üçün ənənəvi işğalçıdır. Onun qayıtmasından ən çox  Bakı qorxur. İran isə qismən Azəri ölkəsidir. İran vətəndaşlarının 4-də biri, o cümlədən  Ayətullah Seyid Əli Xamneyi azəridir. Azərbaycan dünyəvi dövlətdir... Hazırda İranla-Azərbaycan arasında əlaqələr yaxşıdır.

Azərbaycanın İsraillə də yaxşı əlaqələrə malikdir. ABŞ Azərbaycana silah satışına qadağa qoyan ölkədir. ABŞ İsrailə lazım olan silahları satır"(Modern.az)