Bakıda "Formula 1" zamanı yarışın keçirildiyi şosenin ətrafında yerləşən mənzillərin sakinləri öz eyvanlarını yarışmaya tamaşa etmək istəyənlərə icarəyə verə bilərlər.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bununla bağlı heç bir məhdudiyyət yoxdur və qanunda buna hər hansı qadağa qoyulmur: "Şəxsən mən Monakoda "Formula 1" Avropa Qran-prisini eyvandan izləmişəm".
A.Rəhimov əlavə edib ki, gələcəkdə Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-prisi ilə əlaqədar şəhər sakinləri belə icarə ilə əlavə maliyyə vəsaiti qazana bilərlər.