Azərbaycan İlahiyyat İnstitutunun hüquqi statusu müəyyənləşib.
Unikal.org-un məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişiklik edib.
Dəyişikliyə əsasən Azərbaycan İlahiyyat İnstitutu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında 2018-ci il 9 fevral tarixli sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq tapşırılıb.