Bu ölkədə adi ağqanad dişləməsi yetər ki, insan dünyanın ən ağır, ən qorxulu xəstəliklərindən birinə düçar olsun.
Raymundonu 20 il əvvəl ağcaqanad dişləmişdi və nəticədə o, "fil xəstəliyi" (Elephantiasis) kimi tanınan limfatik filyariatoza mübtəla olub.
Raymundonun sol ayağı şişib, sanki "fil ayağı"na çevrilib.
"Animal Planet" telekanalındakı "River Monsters" proqramının yeni buraxılışı tropik cəngəlliklərdə yaşayan parazitlərlə onların qurbanlarına həsr olunub.
Raymundo indi Braziliyanın San-Xose Rio Pretu şəhərindəki klinikada müalicə kursu keçir.
Həkimlərin dediklərinə görə, "fil xəstəliyi" limfa düyünlərinin zədəsi nəticəsində insanın immun sisteminin pozulmasıdır. (Milli.Az)
[video=
|