Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası Ürək və damar xəstəlikləri şöbəsinin yüksəkixtisaslı həkim heyəti ötən il ərzində 9 dəfə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində olub, bu mərkəzin Kardiocərrahiyyə şöbəsinin əməkdaşları ilə birgə 237 nəfərdə müayinə, 107 nəfərdə açıq ürək əməliyyatı, 1 nəfərdə periferik damar əməliyyatı həyata keçirib.
Unikal.org xəbər verir ki, 14 nəfərdə angioqrafiya aparılıb, ehtiyacı olan 5 nəfərə stend qoyulub. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində yerli həkimlər tərəfindən müstəqil şəkildə 192 nəfərdə koronarangioqrafiya əməliyyatı aparılıb, ehtiyacı olan 17 nəfərə stend qoyulub.
Mərkəzi Neftçilər Xəstəxanası Ürək və damar xəstəlikləri şöbəsinin müdiri, tibb elmləri doktoru Rəşad Mahmudovun rəhbərlik etdiyi yüksəkixtisaslı həkim briqadası bu il ikinci dəfə Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə gələrək ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə may ayının 6-dan açıq ürək əməliyyatlarına başlayıb. Briqadanın birhəftəlik fəaliyyəti zamanı, bütövlükdə, 23 açıq ürək əməliyyatı aparılıb.