Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişikliyi baş verib.
 
Unikal.org xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Gəncə istintaq təcridxanasının rəisi Şakir Bayramov xidmətdə verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.
 
Aparılan yoxlamalar zamanı təcridxananın bir neçə əməkdaşının da işində nöqsanlar aşkar edilib və onlar da vəzifələrindən azad olunublar.