Rusiyanın baş nazirin müavini Dmitri Roqozin yenidən Azərbaycana gəlir.

Unikal.org-un məlumatına görə, bu barədə "İnterfaks" agentiliyi məlumatlı mənbəyə istinadla xəbər yayıb. 

Qeyd olunub ki, mayın 17-də baş tutacaq səfər zamanı Dmitri Roqozin Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. 

Səfər çərçivəsində həmçinin may ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən gəlişi müzakirə olunacaq: "Tərəflər həmçinin Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyəti də müzakirə edəcəklər"- deyə, etibarlı mənbə qeyd edib.