Xaçmazda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, Xaçmaz şəhər sakini Namiq Əmirov qonşusu tərəfindən bıçaqlanıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Xəstəxananın cərrahı Ağayar Quliyevin sözlərinə görə, N.Əmirovun vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.