Çinin Lyaonin vilayətinin Dandun şəhərinin sakini maraqlı şəkil çəkdirmək qərarına gəlib.
Unikal.org lent.az-a iostinadən məlumatına görə, yerli polis məntəqəsində polis vəzifəsində çalışan qız ağlasığmaz şəkillərinə görə işdən çıxarılıb.
Qız şalvarını çıxarıb və polisin xidməti köynəyində bir neçə kadr çəkdirib. Buna görə də polis rəhbərliyi daha radikal addımlar ataraq, çinli qızı işdən azad edib. Onlar polis işçisinin qısa şortda olması və tam çılpaq olmaması haqda dəlilləri qəbul etməyiblər. Çünki Çində polisə böyük hörmət var və onun çəkdirdiyi bu cür şəkillər hüquq-mühafizə orqanlarının hörmətini aşağı salır.
İnternetdə məlum hadisənin fəal müzakirəsi gedir. Çin ictimaiyyətindən başqa, hadisələrin təfərrüatlarını sosial şəbəkələrin xarici istifadəçiləri də ciddi şəkildə izləyirlər. Bir çoxları hesab edir ki, qızın işdən azad edilməsi kimi cəza olduqca sərt addımdır. Sərt qaydaların tərəfdarları olan bir çoxları isə inanır ki, polis rəhbərliyi düzgün və müdrik addım atıb. Bu da digər əməkdaşlar üçün dərs olacaq.