Goranboy sakini bıçaqlanıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Dəyirmanlar kəndindən olan 49 yaşlı kişi boğaz nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, 49 yaşlı kişi mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.