Samux rayon sakini mübahisə zəminində bıçaq xəsarəti alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, Kolayı kənd sakini, 1989-cu il təvəllüdlü Allahverdiyev İdris Zakir oğlu hələlik məlum olmayan şəraitdə bel nahiyəsindən bıçaq xəsarəti alıb.

O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.