Gürcüstanda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 10 nəfər saxlanılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılanlar arasında 1 Azərbaycan vətəndaşı da var.
Azərbaycan vətəndaşı 3 Banqladeş vətəndaşı ilə Gürcüstan-Türkiyə sərhədində yerləşən Vale sərhəd-keçid məntəqəsi yaxınlığında dövlət sərhədini qanunsuz keçməyə cəhd edib. Qonşu ölkənin dövlət sərhədini pozmağa cəhd edən daha 5 Banqladeş və 1 Gürcüstan vətəndaşı isə Axaltsixe rayonunda Caral sərhəd bölməsi ərazisində saxlanılıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər sərhəd-keçid məntəqələrindən yan keçməklə Türkiyə ərazisinə daxil olmağa cəhd ediblər. Onları 4 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.