Türkiyədə əxlaqsızlıqla məşğul olan daha bir azərbaycanlı qadın saxlanıldı.
Unikal.org-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, Quşadasında polisin reallaşdırdığı fahişəlik əməliyyatında faişəliklə məşğul olan 4 xarici ölkə vətəndaşı olan qadın tutulub.
Belə ki, polis Quşadasının, köhnə Cümə Bazarı bölgəsində olan bir otelə əməliyyat keçirib.
Əməliyyat zamanı Özbəkistan əsilli 2, Türkmənistan və Azərbaycan əsilli isə 1 qadın fahişəlik edərkən cinayət başında tutulub.
Onlar xəstəxanada müayinə edildikdən sonra, ölkələrinə deportasiya edilməsi üçün müvafiq dövlət qurumuna təhvil verilib.