Prezident Donald Tramp Yerusəlimdə ABŞ səfirliyinin açılış mərasimində iştirak etməyəcək.
Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Ev mayın 14-də səfirliyin açılış mərasimində iştirak edəcək heyətin tərkibini açıqlayıb.
Məlumata əsasən, prezident Trampın adı siyahıda yoxdur.
Qeyd edək ki, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib.