Bu ilin yanvar-mart aylarında Gürcüstanda 1428 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org report-a istinadən xəbər verir ki, nəticədə 107 nəfər dünyasını dəyişib, 1986 nəfər xəsarət alıb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, yol-nəqliyyat qəzalarının 54-ü avtomobillərin sərxoş vəziyyətdə idarə olunması nəticəsində baş verib.

Nazirliyin məlumatına görə, 2017-ci ildə ümumilikdə 6079 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 517 nəfər həlak olub, 8461 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

DİN-in həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin yanvar-aprel aylarında 8 kiloqram heroin, 1 kiloqram kokain və 318 yeni tip psixoaktiv və psixotrop maddə götürülüb. Bununla yanaşı, "ekstaz, "emtsveli kimi buprenorfin və sintetik maddələr aşkar edilərək müsadirə olunub.