Suriyada Rusiyaya məxsus "Ka-52 hərbi helikopteri qəzaya uğrayıb.

Unikal.org-un xəbərinə görə, bu barədə TASS agentliyi Rusiya Müdafiə nazirliyinə istinadən məlumat verib.

Məlumata əsasən, qəza nəticəsində helikopterin göyərtəsində olan 2 pilot ölüb. İlkin ehtimala görə, qəzaya texniki nasazlıq səbəb olub.