Ermənistan parlamentində baş nazir seçkilərinin ikinci turu başlayıb.

Unikal.org xəbər verir ki, müxalifət lideri Nikol Paşinyan bu vəzifəyə yeganə namizəddir.

O, 8 may tarixini ölkədə qeyri-iş günü elan edib və tərəfdarlarını saat 11:00-da meydana toplaşmağa çağırıb.

Paşinyan 95 faiz baş nazir seçiləcəyinə inanır. Hərəkat liderinin sözlərinə görə, "Daşnaksyutun, "Yelk, "Tsarukyan bloku fraksiyaları və hakim Respublika partiyasını təmsil edən bəzi deputatlar ona səs verəcəklər.