Sabirabad rayonunda qadın kişini bıçaqlayıb.

Unikal.org report-a istinadən  xəbər verir ki, hadisə rayonun Qaragüney kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1978-ci il təvəllüdlü Ayaz Əsgər oğlu Sərxanov sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilk tibbi yardım göstərildikdən sonra o, Cərrahiyyə şöbəsinə yerləşdirilib.

A.Sərxanov qonşu qadın tərəfindən bıçaqlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.