Liviyanın şimalındakı Sirt şəhərində avtomobilin partladılması nəticəsində iki hərbçi həlak olub.

Unikal.org-un məlumatına görə, intiharçı terrorçunun sükanı arxasında oturduğu avtomobil Liviya ordusuna məxsus nəzarət-buraxılış məntəqəsinə çırpılıb.

Partlayış nəticəsində daha 3 hərbçi yaralanıb. 

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.