Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Privolniye kəndində qeydə alınıb.
Belə ki, Məmmədov Qurban Şirvan oğlu mübahisə zəminində arvadı Elmira Məmmədovanı və oğlu Elsevər Məmmədovu bıçaqlayıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.