Belçikanın Şatl şəhərində yerləşən metallurgiya zavodunda partlayış olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, partlayış zavodun qaz anbarında yanğının olması nəticəsində baş verib.

Hadisə zamanı zavodda 600 işçi olub. Onlardan ən azı 3 nəfərin yaralandığı xəbər verilir. İşçilər təcili evakuasiya edilib.

Təhlükəsizlik məqsədilə yaxınlıqda yerləşən dəmiryolu stansiyasının işçiləri və sərnişinlər də təxliyə edilib.

Artıq alovun söndürüldüyü bildirilir.