Tacikistanda 6 bal gücündə zəlzələ olub.
Unikal.org xəbər verir ki, zəlzələ yerli vaxtla 15:47-də baş verib.
Zəlzələnin episentri İşkaşım rayonunda Düşənbə şəhərindən 295 kilometr cənub-şərqdə, Əfqanıstanla sərhəd yaxınlığında olub.
Paytaxt Düşənbədə zəlzələnin gücü 12-ballıq şkala üzrə 4-5 bal təşkil edib.