ABŞ-da magistral yola çıxan timsahla toqquşan avtomobil idarəetməni itirib.Nəticədə avtomobildə olan ana və 2 uşağı ölüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Cənubi Korolina ştatında 24 yaşlı Amber Stanlinin idarə etdiyi maşın yolda hərəkətdə olarkən öncə timsaha dəyib, sonra bir ağaca dəyərək alov alıb.Qəzada Stanli ilə birlikdə 4 və 2 yaşlarında olan iki övladı dünyasını dəyişib.