Bərdə rayon sakinindən üç kiloqrama yaxın narkotik maddə götürülüb.

Unikal.org xəbər verir ki, bu barədə "Report"un Qarabağ bürosuna Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi Taleh Şamilovun məlumat verib.

O, bildirib ki, Bərdə RPŞ-nın əməkdaşları təfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bərdə rayon sakini, Fuad Sadıqovdan şəxsi axtarış zamanı 9 qram, ona məxsus "Lada markalı avtomobildən isə çəkisi 2 kiloqram 730 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.