Bu gecə Bakının mərkəzi küçələrindən biri hərəkət üçün bağlı olacaq
Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək «Formula-1» yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən unikal.org-a verilən məlumata görə, hazırda Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri icra olunmaqdadır. Bu səbəbdən Əziz Əliyev küçəsi mayın 13-ü saat 22:00-dan etibarən mayın 14-ü səhər saat 06:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Qeyd edək ki, Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.