33 yaşlı Litvalı Liga Skromane depresiyadan çıxmaq üçün getdiyi Hindistanda başı kəsilmiş və təcavüz edilmiş halda tapıldı. Gənc xanımın şəxsiyyəti müəyyən ediləndən sonra 2 nəfər polis tərəfindən saxlanılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  depresiyadan çıxmaq üçün dincəlməyə gedən Avropalı qadının başı qopmuş halda cəsədi tapılıb. Litvalı Liga Skromane fevral ayında qardaşı ilə bərabər Hindistanın Kerala bölgəsinə gedib. 14 martda itkin düşən qadını axtaran polislər onun cəsədini  başı bədənindən ayrılmış halda meşədə tapıb. Ağacdan tərsinə  asılan cəsədin kimliyi aprel ayına kimi çətinliklə müəyyən olunub. Məlum olub ki, Liga Skromoneyə narkotik maddə verildikdən sonra ona təcavüz edilib. Boğularaq öldürülən qadının bədəni çürüdüyü üçün başı bədənindən ayrıldığı müəyyən edilib.