Aparıcı Aytən Səfərovanın sosial şəbəkədə paylaşdığı foto tənqidlərə səbəb olub.
Unikal.org axşam.az-a istinadən xəbər verir ki, aparıcı həşəratlardan hazırlanan Çin yeməyinin şəklini yayımlayıb və ondan dadıb.
Aytən şəklə "Yeyə bilərsinizmi? "XL şou üçün Pekində yaşayan tamaşaçımızdan özümüz və qonaqlarımız üçün. Yaxın günlərdə görəcəyik kim 2 milyardlıq Çin xalqının yediyini dada biləcək. Ürəyi və mədəsi zəif olanlar baxmasın sözlərini yazıb.
Səfərova ona yazılan tənqidlərə isə belə cavab verib:
"İstiotlu, duzlu kartof çipsi kimidir. Maraqlı qoxusu var. Elə bir kartof qızartmasıdır. Yeməmişəm, ay camaat. Sadəcə fotodur. Bunu görəndən sonra iki gündür heç nə yemirəm. Ancaq su içirəm.